Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Söküntü zamanı yaranan problemlərin səbəbkarı kimlərdir?
Bakıda hansısa ərazi plana düşəndə, sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında müəyyən anlaşılmazlıqlar meydana çıxır. Adətən evlərin ölçülərinin təyin olunması və təyin edilən ölçünün qiymətləndirilməsi zamanı vətəndaşlar nəticədən narazı qalırlar.
Mübahisələr yaranır və münaqişənin həlli çətinləşir. Bəs belə mübahisələrin həlli nədədir? Söküntülər zamanı şirkətlər və mülkiyyətçilər arasındakı konfliktin səbəbkarı kimdir?
Baku TV paytaxt sakinləri arasında mövzu ilə bağlı sorğu keçirib. Vətəndaşlar bu məsələdə problemlərin yaranmasına əsasən tikinti şirkətlərinin səbəb olduğunu bildiriblər.
Sakinlər "Tikinti şirkətləri az məbləğ təklif etdiyi üçün mülkiyyətçi razılaşmır", "Tikinti şirkətləri başlı-başına buraxılıblar. Onlar da özbaşınalıq edirlər", "Bu məsələdə tikinti şirkəti güzəştə getməlidir. Söküntünü mülkiyyətçinin razılığı ilə həyata keçirməlidir" kimi fikirlər səsləndiriblər.
Ətraflı süjetdə:

"Bakıda söküntü işləri" teqi üzrə xəbərlər
- "Melissa Group"un vətəndaşın başına uçurduğu evin QİYMƏTİ AÇIQLANDI
- Mülkiyyətçi söküntüyə razı deyilsə, tikinti şirkəti nə etməlidir?
- Həftə ərzində gündəm olan hadisələr
- Vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri ilə yanaşı, daha bir nəfər HƏBS EDİLDİ
- Söküntü zamanı kompensasiya: Qiyməti kim və necə müəyyən edir?