Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Son zəng" gününün hava proqnozu AÇIQLANDI
Ölkə ərazisində iyunun 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-55%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 13-18°, gündüz 18-23° isti olacaq.
"Son zəng 2024" teqi üzrə xəbərlər
- Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edilib? - AÇIQLAMA
- "Son zəng"də şagirdlərə "Oğru aləmi"nin mahnısını ifa etməyə icazə verən direktor işdən qovuldu
- Qızının "Son zəng"inə qatılmayan Tom Kruz Teylor Sviftin konsertinə getdi
- Son zənglə bağlı neqativ hallar aşkarlanıb
- Samuxda məktəb direktoru şagirdlərlə birgə "oğru aləmi"ni tərənnüm edən mahnı ifa etdi? - AÇIQLAMA