Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sosial şəbəkədə təhlükəli manevrlərin görüntüsünü paylaşan sürücü SAXLANILDI - FOTO
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakini Kamil Məmmədov idarə etdiyi “Ford” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
Etdiyi təhlükəli manevrlərin görüntüsünü sosial şəbəkələrdə paylaşan sürücü inzibati məsuliyyətə cəlb olunub.