Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sosial yardımların təyin edilməsi ilə bağlı hansı çətinliklər var?
Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı çətinliklər və süründürməçilik halları hələ də mövcuddur.
Oxu.Az verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunur ki, "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər "Ünvanlı yardım" (VEMTAS) altsistemi tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin qaydalara əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə aidiyyəti üzrə tapşırıq göndərilir.
Bildirilib ki, bu qaydalarda dəqiq müddətin müəyyən olunmasına baxmayaraq, bir çox hallarda ailənin maddi-məişət şəraitinin müayinəsi daha uzun müddətlərdə aparılır ki, bu da sosial yardımın təyin olunmasında ləngimələrə və süründürməçilik hallarına səbəb olur.
Mərahim Nəsib
"İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)" teqi üzrə xəbərlər
- Qadın alimentə görə boşanır
- Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalıdır - TƏKLİF
- İnternet üzərindən satılan dərman preparatları insan sağlamlığına neqativ təsir göstərə bilər
- Azərbaycanda ipoteka şərtlərinə yenidən baxılacaq?
- Ombudsman: "Qadın sahibkarlığının inkişaf etdirilməsi məşğulluğun artırılması üçün vacibdir"