ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktublar ünvlanlayıb. Məktublar Ağ Evdəki mərasimdə Rusiya və Ukrayna nümayəndə heyətlərinə təqdim olunub.
Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.
Görüşdə Rusiya tərəfindən ombudsman Yana Lantratova və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev, Ukrayna tərəfindən isə ombudsman Dmitro Lubinets və Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya iştirak ediblər.
Ağ Evdəki görüş Ukraynanın Xerson vilayətinin Oleşki şəhərindəki humanitar missiyanın müzakirəsi ilə başlayıb. M.Tramp əməliyyatın planlaşdırılmasının bütün mərhələlərində iştirak etdiyini və Moskva ilə Kiyev arasında vasitəçi kimi çıxış etdiyini bildirib.
O, humanitar missiyanın uzunmüddətli sülh üçün təməl qoyacağına ümid etdiyini ifadə edib. Kirill Dmitriyev göstərdiyi köməyə görə ona təşəkkür edib və Donald Trampın sülhməramlı səylərini yüksək qiymətləndirdiyini bildirib.