Bakının “Sovetski” adlanan ərazisində etirazlara baxmayaraq söküntülərə başlanılıb.
Oxu.Az Deyerler.org-a istinadən xəbər verir ki, N.Nərimanov heykəlinin yaxınlığında artıq kompensasiya almış bir qrup əhali evlərini tərk edib.
Həmin ərazinin yaxınlığında yaşayan sakinlər hal-hazırda söküntünün getdiyi ərazidən köçürülən sakinlərə 1500 manat kompensasiyanın verildiyini bildirirlər.
Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiyaya etiraz olaraq fevralın 16-da aksiya keçirilib.