Bu günlərdə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfərin köməyinə Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları çatıblar.
İdarədən Oxu.Az-a verilən məlumatda bildirilir ki, qayıqda həyatı təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadov bilavasitə Su Nəqliyyatında Polis İdarəsinin rəisinin nəzarəti və səyi nəticəsində xilas edilib.
Su polisi tərəfindən köməksiz qalan balıqçıların yerləri müəyyən edilib və həyatları xilas olunub.