Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Sultan”dakı partlayışla bağlı – AÇIQLAMA
Daxili İşlər Nazirliyi dünən Bakıda “Sultan” restoranındakı partlayışla bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, DİN-nin məlumatında bildirilir:
“Avqustun 15-də saat 15 radələrində paytaxtın Nizami rayonu Çobanzadə küçəsində yerləşən “Sultan” şadlıq sarayının həyətində məişətdə istifadə edilən qaz balonunun sızmasından ani partlayış baş verib.
Orada təmizlik işləri aparan Bakı şəhər sakini Əlif Əhmədov və Şamaxı rayon sakini Tural Comərdov yanıq xəsarətləri aldıqlarından xəstəxanaya yerləşdirilib, T.Comərdova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb”.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar