Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimə olub.
Oxu.Az xəbər verir ki, qatarların hərəkətində yaranan ləngimə bir saata qədər uzanıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC faktı Oxu.Az-a təsdiq edib.
Bildirilib ki, problem kontakt şəbəkədə yaranan nasazlıqla əlaqəli olub:
“Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-ci blok/post mənzilində kontakt şəbəkədə nasazlıq yaranıb. Hadisə nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimə qeydə alınıb.
Elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb. Bərpa işlərinə başlanılıb”.
Könül Cəfərli