Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıt-Bakı yolunda yük maşınının iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO
"Sözügedən yol-nəqliyyat hadisəsi martın 9-u, saat 12:45-də Bakı-Quba yolunun Bakı istiqamətinin 15-ci kilometrliyində baş verib".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev verib.
"Mercedes-Benz Actros" markalı 08-BH-589 nömrəli yük avtomobilinin sürücüsü manevr etmə qaydalarını kobud şəkildə pozaraq, "Changan" markalı 77-SN-067 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində xəsarət və ölüm halı qeydə alınmayıb. Fakt araşdırılır", - deyə E.Hacıyev bildirib.
Sumqayıt-Bakı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisənin baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün ötmə qaydasını kobud şəkildə pozması olub.
Belə ki, eyni istiqamətli yolda hərəkət edən minik avtomobili yük avtomobilini sağdan ötməyə çalışıb. Bu zaman o, yük maşınının sürücüsünün kor nöqtəsinə düşüb və nəticədə yük avtomobili minik maşınına çırpılıb.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI
- Tovuzdakı dəhşətli qəzanın DETALLARI: Ölən şəxsin bir ay sonra TOYU OLACAQMIŞ
- Yük maşını evə çırpıldı: Xəsarət alan var
- "Azərişıq"ın avtomobili aşdı - Xəsarət alan var