Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası tarixinin ən yaxşı qapıçısı kimdir?
"Give me sport" portalı Çempionlar Liqası tarixinin ən yaxşı qapıçılarının reytinqini dərc edib.
Oxu.Az xəbər verir ki, birinci yeri karyerası ərzində iki dəfə turnirin qalibi olan "Bavariya"nın qapıçısı Manuel Noyer tutub.
İkinci sırada "Real Madrid"in əfsanəvi qapıçısı, turnirin dördqat qalibi İker Kasilyas yer alıb. İlk üçlüyü "Mançester Yunayted"in keçmiş qapıçısı Edvin van der Sar tamamlayıb.
"Çelsi" və "Arsenal"da çıxış etmiş Petr Çex dördüncü, "Yuventus"un əfsanəsi və PSJ-nin sabiq üzvü Canluici Buffon isə beşinci yerdə qərarlaşıblar.
"Barselona"nın keçmiş qapıçısı Viktor Valdes altıncı sırada yer alıb.
Növbəti sıralarda Keylor Navas ("Real Madrid" və PSJ), Oliver Kan ("Bavariya"), Dida ("Milan"), Tibo Kurtua ("Atletiko Madrid", "Çelsi" və "Real Madrid") və Alisson Bekker ("Roma" və "Liverpul") kimi adlar var.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
- Lautaro Martines adını "İnter"in tarixinə yazdırdı
- "Barselona"nın gənc ulduzu Çempionlar Liqasında antirekorda imza atıb
- UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin son oyun gününün ən yaxşı futbolçuları
- UEFA Çempionlar Liqası: "Barselona" azlıqda qələbə qazandı