Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz kəsilib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi, 52 ünvanında yerləşən "Hünər Sumqayıt-10" MTK-ya məxsus ərazidə, İmişli rayonu, Sarxanlı kəndi ərazisində, İmişli rayonu, Qaradonlu kəndinin yaxınlığında və Quba rayonu, İkinci Nügədi kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 98 900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
"Ağacların qanunsuz kəsilməsi" teqi üzrə xəbərlər
- Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar
- Abadlaşdırılma üçün icarəyə verilən ərazidən sakinlər istifadə edə bilmirlər - Səbaildən ŞİKAYƏT
- Ağacları kütləvi şəkildə kəsənlər məmurlar imiş - RƏSMİ
- Son bir həftədə təbiətə 81 780 manat ziyan dəyib
- "Sumqayıt" MTK ağacları kəsdi, nazirlik yenilərini əkdi