Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sumqayıt sakinlərinin sahibsiz it problemi: "Uşaqlarımızı qorxa-qorxa məktəbə aparırıq"
Sumqayıt şəhərinin sakinləri küçələrdəki sahibsiz itlərin çoxluğundan narahatdırlar.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, şəhərin Kamal Axundov küçəsində sahibsiz itlərin əlindən hərəkət etmək mümkünsüz olub.
"Burada itlərin əlindən çölə çıxmaq olmur. Uşaqları məktəbə qorxa-qorxa aparırıq. Getdiyin yerdə sürü ilə adama hücum çəkirlər. Dəfələrlə müraciət etsək də, səsimizə səs verən yoxdur", - deyə şikayətdə bildirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirdi ki, fakt araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
"Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibsiz itlərin peyvəndlənməsi işləri mütəmadi olaraq həyata keçirilir. Bu tədbirlər şəhər ərazisindəki heyvanların sağlamlığını qorumaq və insanların təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Gələcəkdə sahibsiz itlər üçün sığınacaqların yaradılması və bu sahədə kompleks tədbirlərin görülməsi istiqamətində müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan fakt da araşdırılacaq və müvafiq tədbirlər görüləcək", - deyə E.Qocayev vurğulayıb.
Əzizə İsmayılova
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda 46 yaşlı kişi baltalanıb
- Yaşayış binasının həyəti ÇÖKDÜ: Sakinlər təşviş içində
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlardan şikayət: "508 nömrəli marşrutun sürücüləri özbaşınalıq edirlər"
- Gecəyarısı öldürülən Cəmalə tibb bacısı imiş: Əkiz övladları olan qadının CİNAYƏTİNİN PƏRDƏARXASI