Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisinə üç naməlum partlayıcı qurğu atılıb.
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın Marseldəki Baş Konsulluğundan TASS-a deyiblər.
Konsulluğun məlumatına görə, atılmış qurğulardan ikisi partlayıb:
"İstehkamçılar yerdə qalan qurğu ilə məşğul olurlar. İtki və dağıntı yoxdur. Diplomatik missiyanın binasına zərər dəyməyib".
Fransanın Marsel şəhərindəki Rusiya Baş Konsulluğunun yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat paylaşıb.
İnsident yerli vaxtla saat 8:00 radələrində (Bakı vaxtı ilə saat 11:00-da) baş verib. Hadisə yerinə yanğın-xilasetmə xidmətinin 30-a yaxın əməkdaşı cəlb edilib.
"Valeurs Actuelles" jurnalının müxbiri ehtimal edir ki, naməlum şəxslər konsulluğun ərazisindəki bağçaya yandırıcı qarışıqlı iki qab atıblar. Hadisə yerinin yaxınlığında oğurlanmış avtomobil tapılıb.
İlkin məlumata görə, hələlik söhbət yalnız maddi ziyandan gedir.