Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? - TƏBİB-dən AÇIQLAMA
Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilib. Söhbət Corat qəsəbə sakini, 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir. Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib. Elə tibb müəssisəsində də ölüb.
Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlanılıb.
TƏBİB-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il tarixində saat 19 radələrində ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
O, alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, saat 19:40-da dünyasını dəyişib.
Məlumatda bildirilib ki, şəxsin qəbul etdiyi içki saxta olub və elə bu səbəbdən də komaya düşüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Rəylər