Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ Senatı Ukrayna və İsrailə yardım haqqında kompromis qanun layihəsi təqdim edib
ABŞ Senatı ölkə sərhədinin qorunması, həmçinin Kiyev və İsrailə 118,28 milyard dollarlıq yardım haqqında kompromis qanun layihəsi təqdim edib.
Müvafiq sənəd ABŞ Senatının Təxsisatlar Komitəsinin saytında dərc olunub.
Qeyd olunur ki, 60,06 milyard dollar Ukraynaya dəstək üçün, daha 14,1 milyard dollar isə İsrailə xərclənəcək.
Bundan əlavə, 20,2 milyard dollar məbləğində vəsait ABŞ sərhədlərinin qorunmasına sərf olunacaq.
Qalan vəsait ABŞ-nin Qırmızı dənizdəki münaqişə ilə bağlı əməliyyatlarına, Hind-Sakit Okean regionunda Çini “çəkindirmə” səylərinə və humanitar yardımlara xərclənəcək.
Mənbə: RT.ru
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər