Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qadını təhqir etdiyi deyilən vəzifəli şəxs barədə qərar verildi
Şərur Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş Düdəngə kənd icra nümayəndəsi Mübariz Quliyevə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, məhkəmə M.Quliyevə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə bəraət verib.
Bildirilib ki, kənddə yerləşən mədəniyyət evinin metodisti G.Əhmədova icra nümayəndəsinin onu təhqir etdiyini və prinsip apardığını iddia edərək məhkəməyə müraciət edib. Lakin məhkəmə araşdırması zamanı ittihamlar sübuta yetirilməyib.
"Şərur" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər