Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı iki "Opel", "Toyota Prius", VAZ-2104, "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.