Sumqayıtda baş verən ailədaxili münaqişə qanla nəticələnib.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 38 yaşlı Rəmziyə İmanova münaqişə zəminində həyat yoldaşı Vüsal İmanovu bıçaqlayıb. Qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
"Çox sakit ailədir, heç kimlə işləri yoxdur. Bir qız, bir oğulları var. Həyat yoldaşı işləyir, qadın da yaxşı insandır. Kişi bir az içki içəndir, ola bilər ki, bu səbəbdən mübahisə yaranıb" , - deyə qonşu bildirib.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, zərərçəkmişə döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib.
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ərini bıçaqlamaqda şübhəli bilinən qadın məsuliyyətə cəlb olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanov həyat yoldaşı 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova tərəfindən bıçaqlanıb və dərhal xəstəxanaya çatdırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) aprelin 28-i, saat 10:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.
Zəruri tibbi yardımlardan sonra vətəndaş öz iltizamnaməsi əsasında saat 12:50 radələrində ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova