Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Təsərrüfatlara dəyən ziyan qarşılanacaq? - Sahibkarlar üçün çıxış yolu
Aqrar Sığorta Fondunun (ASF) məlumatına əsasən, 2025-ci ilin təkcə aprel ayında kənd təsərrüfatında 13 milyon manatlıq məhsula tam və ya qismən ziyan dəyib.
ASF-nin İdarə Heyətinin sədri Fuad Sadıqovun sözlərinə görə, 2025-ci ilin əvvəlindən artıq 6 milyon manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciət daxil olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Məsələ ilə bağlı Baku TV-yə danışan təsərrüfatçılar dəymiş zərəri qeyri-sabit keçən hava ilə əlaqələndirirlər.
"3 000 manat xərc çəkmişəm ortada, bir manat da yoxdur", - deyə təsərrüfat sahibi narazılıq bildirib.
Mütəxəssislər isə zəhmətlərinin yerdə qalmaması üçün təsərrüfatçılara sahələrini mütləq sığortalamağı tövsiyə edirlər.
Daha ətraflı videomaterialda:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Səbaildə doqquzmərtəbəli bina qəsdən yararsız hala salınıb? - DİN iddialara cavab verdi
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda