Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: "Arsenal" - PSJ matçının taleyini tək qol həll etdi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Arsenal" PSJ-ni qəbul edib.
Londonda baş tutan matçda azarkeşlər cəmi 1 qolun şahidi olublar. Dembelenin 4-cü dəqiqədə vurduğu dəqiq zərbə qarşılaşmanın taleyini həll edib və qonaqlara qələbə qazandırıb - 0:1.
Qeyd edək ki, cütlüyün cavab oyunu mayın 7-də keçiriləcək. Yarımfinalın digər qarşılaşmasında "Barselona" "İnter"lə mübarizə aparacaq. Turnirin final matçı isə mayın 31-də Münhendə baş tutacaq.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Karlo Ançelotti rəsmən "Real Madrid"dən ayrıldı
- "Barselona" Lamin Yamalla bağlı yekun qərarını verib
- Andre Onana avrokuboklar tarixində unikal nəticəyə imza atıb
- UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edən klublar bəlli oldu
- Rəcəb Fərəczadə: "Azərbaycan yığması yarımfinala qədər rahat şəkildə irəliləyə bilər"
Ən çox oxunanlar