Sumqayıt şəhərində 29 yaşlı oğlan faciəli şəkildə ölüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə əsasən dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1985-ci il təvəllüdlü Natiq Camal oğlu Əkbərov “JAC” markalı yük avtomobili ilə dəmir qapı arasında sıxılmış vəziyyətdə qalaraq ölüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil verib.