Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sumqayıtda səkini zəbt edib OBYEKT TİKİRLƏR?
Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində piyada səkisi zəbt olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sakinlər şikayət ediblər.
Qeyd olunub ki, səkinin üstündə dəmir konstruksiyalar quraşdırılmaqla hansısa obyekt tikilir.
"Burada obyekt tikiləndə biz gərək avtomobil yolu ilə hərəkət edək", - deyə sakin bildirib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə yüngül konstruksiya quraşdırma işləri aparılır.
"Müvafiq sənədlər mövcuddur, inşaat pasportu alınıb və obyekt öz istifadəsindədir. Uzun illərdir ki, fəaliyyət göstərir və yeni layihəyə uyğun şəkildə təkmilləşdirilir", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- "Əmircanda fərdi yaşayış evlərinin sökülən dam örtükləri yenidən sakinlərə satılır" - ŞİKAYƏT
- Dəmirçi-Lahıc yolu çökdü: Sürücülər şikayətləndilər
- Ramanada qonşular arasında qarşıdurma: "Çirkab sularından qurtulmaq istəyirik"
- Şamaxıdakı Mərkəzi Parkın sanitar qovşağında natəmizlik hökm sürür
- Masazır yollarından ŞİKAYƏT: "Təmizliyə diqqət edən yoxdur"