"Qalatasaray" klubunun sabiq baş məşqçisi Fatih Terim Bodrumdakı villasının həyətində beş ulduzlu bayraq asıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, mövsüm sonunda çempionluğunu elan edəcək "Qalatasaray" beşinci ulduza sahib olacaq.
Rəqibi ilə arasındakı xal fərqini səkkizə yüksəldən "sarı-qırmızılar" növbəti görüşdə çempionluğunu rəsmən elan etdikdən sonra beşinci ulduzunu qazanacaq.
Fatih Terim isə çempionluğu indidən elan edərək villasının həyətində beş ulduzlu "Qalatasaray" bayrağı asıb.
Qeyd edək ki, "Qalatasaray" klubu 25-ci çempionluğunu qeyd edəcək.
