Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sumqayıtdakı dəhşətli hadisənin şahidi: "Partlayış səsinə oyandıq"
"Yatmışdıq, partlayış səsinə oyandıq".
Bu barədə Oxu.Az-a hadisə şahidi Afad Əfəndiyev deyib.
O bildirib ki, partlayış nəticəsində şəxsi maşını zərər görüb:
"Hamımız yatmışdıq. Partlayış səsinə oyandıq. Qışqırıq səsləri var idi. Kömək çağırışları eşitdik. Gəldik gördük ki, bina uçub. Partlayış nəticəsində mənim maşınım da zərər görüb.
Həmin binada 2-ci mərtəbədə yaşayış yox idi. 1-ci mərtəbədə 4 nəfərdən ibarət gənc ailə yaşayırdı. 2 uşaq və valideynləri həmin mənzildə yaşayırdı. Uşaqların anası tibb işçisidir. Deyəsən o işdədir. Uşaqlar ilə ataları da dağıntılar altından çıxarılıb, xəstəxanaya aparılıblar".
Aygün Mirakif
"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- Abşeronda baş vermiş partlayışda xəsarət alan uşaqların VƏZİYYƏTİ AÇIQLANDI
- İranda yanacaqdaşıyan avtomobillər partlayıb
- Kubada silah-sursat anbarında partlayış: Çox sayda hərbçinin öldüyü TƏSDİQLƏNDİ
- Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var
- Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA
Rəylər