Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza şəhərin girişində, Sülh küçəsində baş verib.
Bakıdan Sumqayıta gələn “Mercedes” markalı minik avtomobili şəhərin girişində həmin istiqamətdə hərəkət edən “Toyota Prado” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Nəticədə şəhərin girişində tıxac yaranıb.
Könül Cəfərli