Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Suqovuşan kəndinə köçmək üçün 180 ailə siyahıya alınıb
Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Onlardan 20 ailə bu gün kəndə köçürüləcək.
Oxu.Az xəbər verir ki, bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Suqovuşan kəndində 2.3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir:
"Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7.8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib".
A.Telmanqızı bildirib ki, Suqovuşanda "istirahət kompleksi layihəsi" də icra olunub:
"Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb".
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.
Daha çox foto burada: PhotoStock.az
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olundu
- Xocalı sakini: "Arzularımız gerçəkləşib, 33 ildən sonra Novruz bayramını doğma yurdda qeyd edəcəyik"
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib