Ağdərə rayonunun Suqovuşan kəndində baş verən yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.
Oxu.Az-ın məlumatına görə, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə, Naftalan və Tərtər rayon yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğının qarşısının alınması ilə bağlı işlər davam etdirilir.
Ağdərə rayonunda meşədə yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, yanğın hadisəsi Suqovuşan kəndi ərazisindəki meşədə baş verib. Yanğın zamanı meşə ərazisində mina partlayışları da olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib.
Samir Əli