Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Suraxanıda “Azərsu” əməkdaşı borca görə su borusunu kəsib? - AÇIQLAMA + VİDEO
️Suraxanı rayonunda su borcuna görə borunun kəsildiyi iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Vətəndaş iddia edir ki, Suraxanı rayonu Yeni Günəşli, D massivi, blok 6-da yaşayan sakinlərdən birinin borcuna görə, bütün binaya gələn əsas su xəttini kəsiblər:
“Səhər saat 11:00-dan bu vəziyyətlə bağlı “Azərsu” ASC-yə zəng etmişik. Telefonlarına isə düşmək mümkün deyil. Gördüyünüz kimi blokun içini su aparır”.
Suraxanı Rayon Su Kanal İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda abonentin içməli su və kanalizasiya xidmətlərinə görə borcu olub:
“Abonentə xəbərdarlıq olunmasına baxmayaraq borc ödənilməyib. Rayon Su Kanal İdarəsinin müvafiq borc qrupu tərəfindən xətt kəsilib. Bloka axan su evin içərisindəki su çənindən geri axan sudur. Bu gün 15:00-da həmin xətt bərpa edilib və axan suyun qarşısı alınıb”.
Könül Cəfərli
"Azərsu" teqi üzrə xəbərlər
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
- Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
- Kanalda batan qazinin yanındakı şəxslər kimlər olub? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır
Rəylər