Mayın 18-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün "Sürətin evolyusiyası" layihəsinin ikinci günündə sürət avtomobillərinin, həmçinin superkarların nümayişi baş tutur.
Oxu.Az xəbər verir ki, səhər saat 11:00-dan başlayaraq axşam saat 19:00-dək davam edəcək nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa qala qapısının qarşısınadək olan ərazini əhatə edir.
Ümumiyyətlə, "Sürətin evolyusiyası" sərgisinin keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.
"Sürətin evolyusiyası" layihəsinin ikinci günündən GÖRÜNTÜLƏR#sürətinecolyusiyası pic.twitter.com/Yh0s6K2Skh
— Oxu.Az (@oxuaz) May 18, 2025