Egey dənizində gün ərzində növbəti zəlzələ baş verib. Evbeya adasında qeydə alınan budəfəki yeraltı təkanların gücü 4.4 bal olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Məlumata görə, Bakı vaxtı ilə saat 09:56-da qeydə alınan zəlzələ Türkiyənin Çanakkale vilayətinin Ayvacık rayonundan 250 km uzaqlıqda olub.
Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Egey dənizində 4.1 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla gecə saat 02:52-də (Bakı vaxtı ilə saat 03:52 - red.) qeydə alınıb.
Zəlzələ ocağı 7.1 km dərinlikdə yerləşib.