Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Egey dənizində güclü zəlzələ olub
Egey dənizində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, zəlzələ ocağının 1-5 kilometr dərinlikdə yerləşməsi onun vulkanik mənşəli olduğunu göstərir.
İnsan itkisi və dağıntı barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, yanvar ayından etibarən Egey dənizində seysmik aktivliyin əhəmiyyətli dərəcədə artması müşahidə olunur.
"Egey dənizində zəlzələ" teqi üzrə xəbərlər
Ən çox oxunanlar