Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 18.02.2025
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Astarada 3, Lənkəranda 2, Şabran, Oğuz, Qəbələ, Quba, Cəlilabadda 1 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Xaltan, Qusarda 1 sm-dir.
Fevralın 17-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Naftalan, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Oğuz, Qusar, Lerik, Qrız, Yevlax, Zərdab, İmişli, Cəfərxan duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də, dağlıq rayonlarda, eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində 8 dərəcəyədək şaxta qeydə alınıb.
