Suriyada öldürülən azərbaycanlılarla bağlı yeni video görüntü yayılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlara istinadən verilən məlumata görə, video görüntülərdə Suriyanın Şam bölgəsində öldürülən 27 azərbaycanlının fotosu əks olunub.
Həmin görüntülərdəki şəxslərdən bir neçəsinin ölüm xəbəri Azərbaycan mətbuatında getsə də, əksəriyyəti indiyədək yayımlanmayıb.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Oxu.Az həmin görüntüləri təqdim edir: