Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şişaninin dəfninin videosu yayılıb.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, videonu sosial şəbəkələrdə yaraqlılar yayıblar.
Qeyd edək ki, bəzi xəbər saytlarında Seyfullah Şişanini azərbaycanlı kimi qələmə verirdilər. Lakin mücahidlər bunu təkzib edərək bildiriblər ki, o azərbaycanlı deyil, çeçendir və fevralın 6-da Hələb mərkəzi həbsxanası uğrunda gedən döyüşlərdə şəhid olub.