Kiyevdə müxalifətlə güc strukturları arasında baş verən toqquşmada avtomatdan açılan atəş nəticəsində azərbaycanlı yaralanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu şəxs əslən Gəncədən olan və uzun illərdir Ukraynada yaşayan Murad İbrahimovdur.
Məlumata görə, Murad hazırda Kiyevdəki xəstəxanalardan birində müalicə olunur.
Kiyevdə yaşayan tanışlarının verdiyi məlumata görə, həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.