Bakıda sürücü YDM operatorunun fırıldağının üstünü açıb.
Oxu.Az xəbər verir ki, “Lukoil” yanacaqdoldurma məntəqəsinin operatoru avtomobilə ona deyiləndən az yanacaq vurur. Sürücünün təkidlərindən sonra yanacaqdoldurma məntəqəsinin işçisi etdiyi əməli etiraf edib. O, ehtiyacı olduğu üçün yanacağı az vurduğunu deyib.
Bundan sonra sürücü operatoru cəzalandırıb və bu əməlinin qarşılığında avtomobilin yanacaq çənini bütöv doldurtdurub.
Videonu azxeber.com saytı paylaşıb.
A.M.