Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşının növbəti qanundan kənar videosu yayılıb.
Oxu.Az xəbər verir ki, hüquqlarını müdafiə edən sürücü, maşınına quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə Yol Polisi əməkdaşının qanundan kənar hərəkətlərini ifşa edən görüntülər çəkib.
Videodan bəlli olur ki, Salyan şossesində Baş Dövlət Yol Polis əməkdaşları sürət həddini aşdığı üçün sürücünü saxlayırlar.
Sürücü öz hüquqlarını müdafiə edərək, DYP əməkdaşından xidməti vəsiqəsini təqdim etmək tələb edir, sonra isə onu saxlama səbəblərini soruşur.
DYP əməkdaşı sürücünü sürət həddini aşdığını vurğulayıb, vətəndaşdan sürücü vəsiqəsini tələb edir və pozunutunu araşdıqmaq üçün DYP avtomobilinə dəvət edir. Sürücü ilk növbədə hüqquq mühafizə orqanın əməkdaşına, qanunverciliyə uyğun olaraq davramsını tələb edərək, qanun pozuntusunun göruntüsünün göstərməsini tələb edir. DYP əməkdaşı heç bir sübüt olmadığı halda sürücünü sərbəst buraxır və sürət həddin aşma görüntüsü ünvanına yollayacağını söyləyir.
Oxu.Az öz həmin videonu sizə təqdim edir.
Elvin Əhmədov
www.oxu.az