Bakı və Abşeron yarımadasında aprelin 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-9 dərə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.