Cari ilin mayında Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos Bakıya gələcəklər.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, səfər çərçivəsində paytaxtımızda təşkil olunacaq taekvondo üzrə Avropa çempionatını izləyəcək qonaqlar bir sıra görüşlər də keçirəcəklər.