Yasamal rayonunun Cəfər Cabbarlı küçəsində yolu keçən paytaxt sakini Tural Quliyev naməlum avtomobillə vurulub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, piyada hadisə yerində ölüb.
Xəzər rayonunun Şüvalan qəsəbəsində yolu keçən qəsəbə sakini Elmir Qarayev müəyyən edilməmiş avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Ağdaş rayonunun Qaradeyin kəndində yolu keçən Bakı sakinləri Müşfiq Dadaşov və İlkin Ümüdlü naməlum avtomobillə vurulublar. Hər iki piyada xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.