Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sürücülərin nəzərinə: Zığ şosesində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb
Zığ şosesinin 27-ci km-də, Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolaq hissəsində "məhdudlaşdırıcı zolaq" işarəsi qoyulub. Bununla yanaşı, yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib. Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.
"Heydər Əliyev Beynəlxalq Aeroportu (Hava limanı) GYD" teqi üzrə xəbərlər
- Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
- Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib
- Qeyri-sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlinə təsir etməyib
- Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək
- Rusiya təyyarəsi Bakıya məcburi eniş etdi