Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sus kəndində ilk körpə dünyaya gəlib
Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.
Oxu.Az-ın məlumatına görə, körpənin valideynləri - Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.
Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.
"Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident İlham Əliyevin, birinci Vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq", - deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.
Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.
"Laçın rayonu" teqi üzrə xəbərlər
- Kəlbəcər və Laçın rayonlarında müxtəlif təyinatlı yollar qardan təmizlənir
- Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Beynəlxalq səyahətçilər bu gün Kəlbəcər və Laçına səfər ediblər
Rəylər