Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şuşa şəhərində Novruz bayramı qeyd edilir
18-24 mart 2025-ci il tarixlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən "Şuşa Baharı"" adlı silsilə Novruz bayramı tədbirləri həyata keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirin ilk günü - 18 mart tarixində "Qala qapısı"nda Keçəl, Kosa, Bahar qızının iştirakı ilə əyləncəli bayram tədbiri keçirilib, 33 illik həsrətdən sonra doğma yurdda, "Qala qapısı" adlanan ərazidə Novruz tonqalı qalanıb.
Bayram tədbirində iştirak edən Şuşa sakinləri ilk dəfə doğma vətəndə bu müqəddəs bayramın qeyd edilməsini böyük fərəh, sevinc və qürur hissi ilə qarşılayıblar.
"Şuşa" teqi üzrə xəbərlər
- Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlanıb
- Alim Qasımov "Məktəbdə" xalça üzərində oxumağından danışdı - "Kaspi"nin LAYİHƏSİ
- "Doğma torpaq" bədii filminin premyerası keçirildi
- İlqar Safat: "Doğma torpaq" işğaldan azad edilən ərazilərdə çəkilən ilk filmdir"