Şuşanın Gəncə qapısı qarşısında ifa olunan Bayatı-Şiraz muğamı şəhidlərin ruhuna ithaf olunub.
Yeniyetmə xanəndə Ülvi Ağamalızadənin yanıqlı səsi fonunda şəhərin qala divarlarında şəhidlərin fotoşəkilləri əks olunub.
Görüntülər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tərəfindən paylaşılıb. Bu ifanın videoyazısı böyük rəğbətlə qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
Bu an: Gəncə qapısı qarşısında gənc xanəndə Ülvi Ağamalızadə Bayatı-Şiraz ifa edir. Şəhidlərimizi hörmətlə anırıq. #Şuşa #Azərbaycan pic.twitter.com/K6kA6hLQU5
— Maftun Abbasov (@MaftunAbbasov) September 19, 2021