Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova yeni vəzifə verilib. Metropolitenin keçmiş rəisi Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında Aparat rəhbəri təyin olunub.
Oxu.Az xəbər verir ki, Tağı Əhmədov yeni vəzifə alması barədə ilk dəfə Publika.az-a danışıb.
O, buna görə çox sevindiyini bildirib: “Mən hər zaman bu dövlətə, bu xalqa xidmət etmişəm və bundan sonra da belə olacaq. Yeni Azərbaycan Partiyası mənim üçün çox doğmadır”.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bu təşkilatın Aparat rəhbəri təyin olunması ilə bağlı fikirlərini bölüşüb.
F.İsmayılov deyib ki, Tağı Əhmədovun YAP üçün xidmətləri böyükdür: “Tağı Əhmədov Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunandan bəri bizdə Aparat rəhbəridir. Prezident məsləhət bilib onu vəzifədən çıxarıb, yerinə də başqasını təyin edib. Onun YAP-a xidməti və sədaqəti göz qabağındadır”.
10:22
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib.
O, yayılan xəbərləri təsdiq edərək bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub:
“Bəli, məlumat düzdür. O, artıq işə başlayıb”- deyə Salatın Əhmədova bildirib.
Qeyd edək ki, Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı.
E.Ə.
www.oxu.az