Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Talassemiyadan əziyyət çəkən azyaşlının anası DANIŞDI: "Növbə bizə çatanadək uşaq ac-susuz qalır"
Balaca Aydının 9 yaşı var. 6 aylığından bəri beta-talassemiyadan əziyyət çəkir.
Aydının müalicəsi üçün ailəsi 10-15 gündən bir Balakəndən paytaxta üz tutmaq məcburiyyətində qalır.
"Yola 200 manatdan çox pulumuz çıxır. Bəzən çatdıra bilmədiyimiz üçün Şəkidə qalırıq. Düzdür, Şəkidə qan vurulur. Amma analizləri vermək mümkün deyil, buna görə də, Bakıya getməyə məcburuq. 8 saat yol gedirik, saat 5-də xəstəxanaya çatırıq, 9-da iş başlayır. Növbə bizə çatana kimi uşaq ac-susuz qalır", - deyə azyaşlının anası bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda rayon xəstəxanalarında talassemiyadan əziyyət çəkən xəstələr üçün talassemiya bölməsinin nəzarəti altında qan köçürülmə imkanları mövcud deyil. Bununla bağlı bir sıra təkliflər var. Məsələnin həlli istiqamətində aidiyyəti qurumların qərar və tədbirləri gözlənilir.
Ətraflı Baku TV-nin süjetində:

"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Dövlət tibb müəssisələrində işə qəbul olmaq istəyənlər üçün videotəlimat hazırlandı
- Səhiyyə Nazirliyi: "Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır"
- Valideynlərdən biri talassemiya xəstəsi olarsa, sağlam uşaq dünyaya gələrmi?
- Dünyanın 20-dən artıq ölkəsindən olan məşhur ürək-damar cərrahları Bakıya toplaşırlar
- Elektron resept sistemində texniki problemlər yarandıqda nə etmək lazımdır?