Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağladı
Hindistan Pakistanın bütün reysləri üçün hava məkanını bağlayıb.
Oxu.Az "India TV"yə istinadən xəbər verir ki, bunu Hindistan tərəfindən buraxılmış NOTAM (aviasiya bildirişi) sənədi təsdiq edir.
"Hindistanın hava məkanı Pakistanda qeydiyyatdan keçmiş, həmçinin Pakistan aviaşirkətləri və ya operatorları tərəfindən istismar edilən, onlara məxsus və ya icarəyə götürülmüş bütün təyyarələr, o cümlədən hərbi reyslər üçün qapalıdır", - sənəddə yazılıb.
Sənədə əsasən, Pakistan təyyarələri üçün hava məkanının bağlanması qərarı 30 apreldən 23 mayadək qüvvədə olacaq.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Hindistanla Pakistan qoşunları əvvəlki mövqelərə çəkmək barədə razılığa gəliblər
- Hindistanla Pakistan arasında atəşkəs rejiminin bitmə tarixi ilə bağlı AÇIQLAMA
- Pakistan və Hindistan razılığa gəldilər
- Pakistan institutu Azərbaycana minnətdarlıq fləşmobu təşkil edib
- Pakistandan cavab tədbiri - Hindistanlı diplomata 24 saat vaxt verildi
Ən çox oxunanlar