ADA Universiteti və öz sahələrində mütəxəssis bir qrup gənc İlahə Həsənliyə yardım kampaniyasına diqqət çəkmək üçün tədbir keçirəcək. Tədbirin əsas məqsədi Elektronika və Mikrokontrollerlər sahəsinə marağı olan gəncləri bir araya gətirmək və bu sahənin mütəxəssisləri ilə təcrübə mübadiləsinə nail olmaqdı.
Oxu.Az xəbər verir ki, tədbir iştirakçılarına İlahə Həsənlinin hazırkı vəziyyəti haqqında məlumat veriləcək və yardım etmək istəyənlər üçün vasitələr açıqlanacaq. Daha sonra tələbələrin ixtiraları nümayiş ediləcək.
1. Bayquş UAV (PUA) Texnologiyaları və Gələcəyi komandası - Bayquş pilotsuz təyyarəsinin nümayişi;
2. Sənan Quluzadə - Arduino, Elektronikaya giriş, simulatorlarda Elektronika/Smart House Lahiyəsinin və təhlükəssizlik avadanlıqlarının təqdimatı;
3. Elmar Abbasov - Tesla nəzəriyyəsi və Van De Graff generatoru/Tesla bobini və Van De Graff generatorunun təqdimatı;
4. Fikrət Bayramlı - Robotics. Humnaoid robotlarda əsas problemlər/Nao robotunun nümayişi.
Məlumat üçün bildirək ki, İlahə Həsənli 1991-ci il 22 sentyabr Bakı şəhərində anadan olub və 1998-ci ildən etibarən Homoziqot betta talassemiya diaqnozundan əziyyət çəkir. Talassemiyanın nə qədər ağır bir xəstəlik olmasına baxmayaraq İlahə böyük əziyyətlər hesabına təhsil alır. O, Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin V kurs tələbəsidi. İlahəyə təcili ilik nəqli əməliyyatı edilməlidi. Əməliyyat üçün lazım olan məbləğ 200 min avrodu və artıq lazımlı donor tapılıb. Biz bu gün İlahəyə kömək edə bilsək, sabah o da minlərlə talassemiyalı xəstəyə ümid olacaq.