Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tanınmış azərbaycanlı iş adamının 16 milyonluq biznesini əlindən ALMAQ İSTƏYİRLƏR
Sabirabad "Quşçuluq" şirkətinin təsisçisi Dilavər Babaşov doğma qardaşının övladlarından şikayətçidir.
Oxu.Az ATV-yə istinadən məlumat verir ki, həmin şəxslər etibarından sui-istifadə edərək fabriki onun əlindən almağa çalışıblar.
Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat qiymət qoyulubmuş:
"Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini qoyacağıq banka, 8 milyonu isə sənə verəcəyik. Çox gözlədim, heç bir nəticə əldə olunmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim", - deyə Babaşov bildirib.
Xatırladaq ki, Dilavər Babaşovun qardaşı da iş adamı olub. O, 2021-ci ildə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Ətraflı süjetdə:

"Sabirabad" teqi üzrə xəbərlər
- Sabirabadda mağazada kimsəsiz kişinin meyiti tapıldı
- Sabirabad sakini toyda içib əmisi oğlunun kafesini dağıtdı
- Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi
- Atası ilə qardaşını yanğından xilas etmək istəyən yeniyetmə qız faciəli şəkildə vəfat etdi
- Sabirabadda körpə ölümü: Prokurorluq hərəkətə keçdi